Azərbaycanda daha bir zəlzələ oldu – YENİLƏNİB

Lerikdə zəlzələ baş verib.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Bundan əvvəl isə bu gün İmişlidə zəlzələ olub.

***09:00

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.