Azərbaycanda yumurta bahalaşa bilər? – Açıqlama

Azərbaycanda yumurta bahalaşa bilər? - Açıqlama

Xəbər verdiyimiz kimi, bu aydan etibarən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ABŞ-a süfrə yumurtası ixracına başlayır. Səbəb isə ötən ildən Amerikada quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığının yaranması və qiymətlərin artmasıdır. Hökumət bu prosesin qarşısını almaq məqsədilə xarici ölkələrdən yumurta idxalına icazə verib. Azərbaycanın da bu prosesə cəlb edilməsi maraq doğurub. Artıq sosial şəbəkələrdə sözügedən ixracın ölkə daxilində yumurtanın qiymətinə təsir edə biləcəyi istiqamətində fikirlər var.

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, bu gün Azərbaycanda yumurta istehsalı tələbi üstələyir:

Azərbaycanda yumurta bahalaşa bilər? - Açıqlama

Eyyub Kərimli

“ABŞ-a yumurta satışı isə müsbət haldır. Bu, həm sahibkarlıq sahəsində inkişafa imkan yaradır, həm də ölkəyə yeni valyutanın daxil olmasına təkan verir. Amma yumurta ixracı böyük və geniş həcmdə olsa, bu, qiymətə müəyyən təsir göstərə bilər. Hazırda isə belə proses müşahidə olunmur. Çünki Amerika bizdən daha çox yumurta istehsal edən ölkələrdən də məhsul idxal edir. Yol xərcinin yüksək olması isə ABŞ-ın Azərbaycandan kütləvi şəkildə yumurta almasına maneədir. Qiymət artımı real görünmür”.

Zaira Akifqızı
Globalinfo.az