Azərbaycanda suyun qiyməti artır? – Rəsmi açıqlama

Azərbaycanda suyun qiyməti artır? - Rəsmi açıqlama

Azərbaycanda su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində “Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar” mövzusunda panel müzakirəsində bildirib.

Ə. Şirinov əlavə edib ki, tarif siyasətində yalnız istismar deyil, həm də böyük investisiya qoyuluşları nəzərə alınmalıdır:

“Bakıda və Abşeron yarımadasında, regionlarda, o cümlədən Qarabağda bərpa dövründə iri yatırımlar tələb olunur. Bu xərclər ayrıca hesablanır və Tarif Şurası onları qiymətləndirir. Biz qiymət əsaslandırmalarımızı Şuraya təqdim edirik və burada həm inkişaf strategiyamız, həm də dayanıqlı inkişaf hədəflərimiz nəzərə alınır”.

O vurğulayıb ki, differensiallaşma qiymət artımı anlamına gəlməməlidir: “Əsas məqsəd aşağı gəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin etməkdir. Tariflərin düzgün əsaslandırılması dayanıqlı inkişafın, müasirləşmənin və səmərəli istifadənin təmin olunmasına xidmət edir”.