Azərbaycanda sirli yazıların olduğu ərazi: bu nədir? – VİDEO

Qədim tarixi ilə məşhur olan Astara rayonunun Sım kəndi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur.

Globalinfo.az bildirir ki, kənd sakinləri əsasən yol problemindən əziyyət çəkirlər. Qonaqlar kəndə xüsusi avtomobillərin köməyi ilə qalxmalı olurlar.

“Sımın pəncərəsi” adlanan “Ballı qaya”nın ən hündür zirvəsində bu gün sadəcə bir ev və ailə məskunlaşıb. “Ballı qaya”dan görünən şəlalə isə “Dustaqxana” adlanır. Deyilənə görə, orada şahın zindanı yerləşir. Hətta şahın edama məhkum etdiyi dustaqların sümüklərinin hələ də orada olduğu deyilir.

Ətraflı Baku TV-nin süjetində: