Azərbaycanda FETÖ əməliyyatı ilə bağlı DİN-dən AÇIQLAMA

Azərbaycanda FETÖ əməliyyatı ilə bağlı DİN-dən AÇIQLAMA

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır.

Hazırda tədbirlər davam etdirilir.