Azərbaycanda bu qədər əcnəbi yaşayır

Azərbaycanda bu qədər əcnəbi yaşayır

“Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələrin – Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Miqrasiya xidməti rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynadakı hadisələrə görə fevral ayından müəyyən sayda Ukrayna vətəndaşı təxliyə edilib.

“Hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. İrandan da Azərbaycana gələnlər var . Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, – deyə o əlavə edib