Azərbaycanda bu məhsullar bahalaşa bilər – SİYAHI

Azərbaycanda bu məhsullar bahalaşa bilər – SİYAHI

Yaxın Şərqdə davam edən İsrailİran gərginliyi bölgədə iqtisadi sabitliklə bağlı narahatlığı artırır. Bildirilir ki, xüsusilə İran idxal məhsullarına görə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Baş verən hadisələrin ölkənin ticarət balansına və ixrac potensialına təsir göstərə biləcəyi istisna edilmir.

İki ölkə arasında artan gərginlik Azərbaycanın İranla ticarət əlaqələrinə necə təsir edəcək? 

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanla İran arasında ticarət münasibətləri hazırda stabil səviyyədədir:

“Əsasən İranla aramızda tikinti materialları və bəzi qida məhsullarının idxalı mövcuddur. Hələlik müharibə gedişində İsrail yalnız hərbi obyektləri hədəf alır. Ona görə də yaxın müddətdə idxalın dayanması və ya ləngiməsi gözlənilmir”.

Azərbaycanda bu məhsullar bahalaşa bilər – SİYAHI

Emin Qəribli

İqtisadçı bildirib ki, gərginlik dərinləşərsə, müəyyən dəyişikliklər mümkündür:

“Vəziyyət daha da kəskinləşsə, həmin məhsullar digər ölkələrdən, xüsusilə Türkiyədən idxal edilə bilər. Genişmiqyaslı müharibə zamanı isə məhsulların qiymətində 2-3 aylıq artım ehtimalı var”.

Qeyd edək ki, 2024-cü ilin statistik göstəricilərinə əsasən, İrandan Azərbaycana idxal edilən mallar sırasında – kartof, xurma, kərə yağı, şirin bibər, qənnadı məhsulları, badımcan, yumurta, süd kimi ərzaq məhsulları, tikinti materialları (daş, sement), ağır maşınmaşın ehtiyat hissələri və sair yer alıb.

Ləman Hüseynzadə
Globalinfo.az