Azərbaycanda bu kəndi satışa çıxardılar – şok qiymətə

Sosial şəbəkələrdə Gədəbəyin kəndlərindən birinin satışa çıxarıldığı haqda elan xarakterli paylaşıb yayılıb.

Globalinfo.az bildirir ki, şəbəkə istifadəçilərindən biri video çəkərək kəndin topdan satışa çıxarıldığını bildirib. Məlum olub ki, sakinlər kütləvi şəkildə Bakıya, başqa şəhərlərə köçdükləri üçün evlərin 95 faizi boş qalıb. Hazır evlərin min-üç min manat arası satışa çıxarıldığı bildirilir. Videoda Eyvaz adlı kənd sakininin çıxışı da yer alır. O, bildirir ki, evlərin sahibləri mülklərini satmağı ona həvalə ediblər.

Videonu təqdim edirik.

Globalinfo.az