Azərbaycan-Rusiya gərginliyi pik həddə: Overçuk Bakıya buraxılmadı

Azərbaycan-Rusiya gərginliyi pik həddə: Overçuk Bakıya buraxılmadı

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.