Azərbaycan Ali Məhkəməsinin gəlmiş və keçmiş sədrləri – SİYAHI

Azərbaycan Ali Məhkəməsinin gəlmiş və keçmiş sədrləri - SİYAHI

Son günlər Ali Məhkəmənin sədri mövzusu gündəm olub. Bu quruma 18 il rəhbərlik etmiş Ramiz Rzayev yaş həddinə görə vəzifəsindən istefa verdikdən sonra onun yerinə namizədlərin adları mediada hallandırıldı. Namizədlər sırasında kənd təsərrüfatı naziri İnam Kərimovun adı da çox çəkilirdi.

Aprelin 4-də Milli Məclisdə İnam Kərimov Ali Məhkəmənin hakimliyinə təsdiqlənib. Bunun ardınca isə o, Prezident İlham Əliyevin imzaladığı fərmanla Ali Məhkəmənin sədri vəzifəsinə təyin olundu.

Globalinfo.az mövzunun aktuallığını nəzərə alıb, son 72 ildə Azərbaycan Ali Məhkəməsinə sədrlik edən şəxslərin siyahısını təqdim edir:

1. Məhərrəm Mirzə oğlu Hüseynov 1915-ci ildə Şəmkir rayonunun Qaracaəmirli kəndində anadan olub.

1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirib.

M.Hüseynov 10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunub və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləyib. 1957-ci ilin mart ayının 12-də Ali Məhkəməyə yeni seçkilərin keçirilməsi ilə əlaqədar Məhərrəm Hüseynov Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

2. Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1941–1942-ci illərdə istehsalatda işləyib, 1942–1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1944-cü ildə keçmiş Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olub və 1949-cu ildə oranı bitirib.

O, 1957–1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

No description available.

3. Abdulla Hacıbaba oğlu İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olub.

Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirib. O, 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilib.

A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

4. İbrahim İsa oğlu İsmayılov 1921-ci ildə Naxçıvan şəhərində anadan olub.

1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olub və 1948-ci ildə oranı bitirib. O, 1980-ci ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib.
5. Talıbov Hüseyn Heydər oğlu 16 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.

O, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olub.

Azərbaycan Ali Məhkəməsinin gəlmiş və keçmiş sədrləri - SİYAHI

6. Tahir Zayıdağa oğlu Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində dünyaya gəlib. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini və ixtisas kurslarını bitirib.

Tahir Kərimli 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsini icra edib.

Qeyd edək ki, T.Kərimli həm də Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

Azərbaycan Ali Məhkəməsinin gəlmiş və keçmiş sədrləri - SİYAHI

7. Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olub. 1978-ci ildə BDU-nun hüquq fakültəsini bitirib.

O, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olub.

No description available.

8. Südabə Cəmşid qızı Həsənova 1947-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1971-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. O, 2000-2005-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olaraq çalışıb.

Azərbaycan Ali Məhkəməsinin gəlmiş və keçmiş sədrləri - SİYAHI

9. Ramiz Yaqub oğlu Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub. 1977-ci ildə BDU-nun Hüquq fakültəsini bitirdikdən sonra 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçib.

O, 2005-ci ilin aprelin 19-dan 2023-cü ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsini icra edib. Onun 6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti başa çatıb.

Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri vəzifəsini Siyasət Alıyev icra edir.

Zaira Akifqızı
Globalinfo.az