Ayazın konsertində qorxulu anlar – Video

Ayazın konsertində qorxulu anlar - Video

Bu gün müğənni Ayaz Babayevin “Dəniz Moll” ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.

Globalinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.

“Dəniz Moll” ticarət mərkəzindən verilən məlumata görə, tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb.

Fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.

“Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, deyə Ticarət Mərkəzindən bildirilib.

Hadisə ilə əlaqədar Ayaz Babayev instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, qeyd edib ki, konsert çox uğurlu keçib.