Avropa İttifaqı (Aİ) Ermənistana media üçün 1,5 milyon avro ayırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Brüsseldə keçirilən görüşdən sonra verilən birgə bəyanatda qeyd olunub.
“Ermənistanın informasiya ekosistemini dəstəkləmək üçün Aİ yeni paket elan edib”, – bəyanatda bildirilib.
Əliyar Xəlil
Globalinfo.az














