Avropada 500, ABŞ-da 300, Rusiyada isə… – Tuskdan maraqlı müqayisə

Avropada 500, ABŞ-da 300, Rusiyada isə... – Tuskdan maraqlı müqayisə

“Avropa ölkələrinin Rusiyadan müdafiə olunmaq üçün ABŞ-dan kömək istəməsi absurddur”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Avropanın 500, ABŞ-ın 300, Rusiyanın isə 140 milyon əhalisi var. Ona görə bu, mənasızdır. Biz qitədən kənarda dəstək axtarmaqdansa, öz gücümüzə daha çox inanmalı olan nəhənglərdənik. Yaxşı silahlanmış Avropa öz sərhədlərini qoruya bilər”, – deyə baş nazir bildirib.

Tusk həmçinin Ukraynanı dəstəklədiyini təsdiqləyib:

“Polşa ilə Qərb arasında sıx müttəfiqlik zəruridir. Hazırda isə ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi birmənalı deyil”.

Əliyar Xəlil
Globalinfo.az