Avropada əsginasların dizaynında dəyişikliklər ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.
Artıq nəzərdə tutulan dizayn barədə açıqlama verilib. Bura çayların, quşların rəsmləri, Bethoven, Servantes və digər məşhur simaların fotoları aiddir.
Bank tərəfindən bütün nominallar üçün iki nümunə təqdim edilib. Çaylar və quşlar təbiətin mühafizəsinin önəmini, şəxsiyyətlərin rəsmi isə əsrlər boyu formalaşan Avropa mədəniyyətini əks etdirir.
Seçim il ərzində aparılacaq, əsginasların yeni dizaynı 2026-cı ildə təsdiqlənəcək.
Əliyar Xəlil














