Avro-2024: Türkiyə millisi çətin görüşü zəfərlə tamamlaya biləcək?

Avropa çempionatında qrup mərhələsinin II turunda bu gün Türkiyə və Portuqaliya yığmaları üz-üzə gələcək.

Globalinfo.az  xəbər verir ki, bu, iki komanda arasında yubiley – 10-cu qarşılaşma olacaq.

İndiyədək keçirilmiş 9 görüşün 7-də portuqaliyalılar qalib gəliblər. Qardaş ölkə təmsilçisi isə 2 dəfə sevinən tərəf olub.

Top fərqində də “ay-ulduzlular” rəqibindən geri qalır. Belə ki, 9 matçda 9 qol vuran Türkiyə millisi qapısında isə 19 top görüb.

Qeyd edək ki, Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.