AVRO-2024: Niderland qalib gəldi

Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Münhendəki “Alyans Arena”da keçirilən matç “narıncılar”ın qələbəsi ilə yekunlaşıb – 3:0.

1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya – Türkiyə matçının qalibi olacaq.

***

83-cü dəqiqədə D.Malen fərqi artırıb: 0 – 2

***

Matçda hesab açılıb.

Niderland millisinin oyunçusu Qodi Qakpo komandası irəli çıxarıb: 0 – 1

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Münhendəki “Alyans Arena”da keçirilir.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.