AVRO-2024: Niderland – Fransa matçında qol vurulmadı – VİDEO

Niderland-Fransa görüşündə heç bir qol vurulmadan oyun heç-heçə ilə yekunlaşıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland-Fransa görüşü start götürüb.

Globalinfo.az xəbər verir ki, Leyptsiq şəhərindəki “Red Bull Arena” başlayan D qrupunun oyununu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Matçın canlı yayımı:

Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

Oyun başlayana qədər D qrupunda vəziyyət aşağıdakı kimi idi.