İsveçrə AÇ-yə qələbə ilə başladı – Yenilənib – CANLI

İsveçrə qrupun ilk matçında Macarıstanı 3-1 məğlub edərək ilk üç xalını qazandı.

Globalinfo.az xəbər verir ki, Enbola matçın 93-cü dəqiqəsində İsveçrənin 3-cü qolunu vurub: 1-3.

Beləliklə oyun İsveçrə komandasının qələbəsi ilə başa çatıb.

XXX

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.

Matç saat 17:00-da start götürüb.

XXX

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.

Globalinfo.az xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.

Bu qol ilk hissənin yekun nəticəsini təyin edib – 0:2.

X X X

Duah 13-cü dəqiqədə hesabı açdı.

X X X

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Globalinfo.az xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

***09:21

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

Globalinfo.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında – A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveç futbolçuları münasibətlərinə aydınlıq gətirəcək. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.

Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 – da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AVRO-2024
A qrupu, I tur
15 iyun

17:00. Macarıstan – İsveç

Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya – Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya – Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, “Siqnal İduna Park” stadionu