ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani zəlzələ səbəbilə başsağlı vermək və həmrəylik nümayiş etdirmək üçün fevralın 20-də Türkiyəyə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Diplomatı səfərdə ATƏT-in Baş katibi Helqa Smit müşayiət edəcək. Səfər zamanı diplomatlar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, zəlzələnin nəticələri barədə məlumat alacaqlar.