Oktyabrın 7-də müharibə bitəcəkdi, Putin dedi ki… – Paşinyan

atəşkəs

“Müharibənin dayandırılması ilə bağlı ilk müzakirə oktyabrın 7-də oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiya qarşısında ifadə verərkən deyib.

Paşinyan həmin ərəfədə Rusiya Prezidentinin müharibənin taleyi üçün fərqli ssenari təklif etdiyini bildirib:

“Mən həmin vaxt Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə zəng etdim. O, Ermənistanın kompromisə getməsinin vacib olduğunu, beləliklə atəşkəs üçün vasitəçilik edə biləcəyini dedi. Mən ondan atəşkəsin şərtləri ilə maraqlandım və razılaşdım. Belə ki, heç bir şərt irəli sürülmədən atəş dayandırılacaq, tərəflər həmin ana kimi tutduqları mövqelərdə qalacaqdılar. Bundan sonra kompromisin məzmunu müzakirə ediləcəkdi.

Amma həmin gün axşam Vladimir Putin mənimlə əlaqə saxladı, Azərbaycan Prezidenti ilə danışdığını, onun bu şərtlərlə atəşkəsə razı olmadığını bildirdi”.

Ayşən Mustafa
Globalinfo.az