“Disney”in qadağan etdiyi “Atatürk” serialı haqda qərar

“Disney Plus” şirkətinin çəkdiyi və daha sonra erməni lobbisinin təzyiqləri səbəbilə platformada paylaşılmayacağı açıqlanan “Atatürk” serialının yayım tarixi bəlli olub. 

Globalinfo.az xəbər verir ki, baş rolu türkiyəli aktyor Aras Bulut İynemlinin canlandırdığı 6 bölümlük serialın ilk üç bölümü Cümhuriyyət Bayramı həftəsində 3 noyabrda FOX TV-də göstəriləcək.

Sonrakı 3 bölüm isə 6 yanvar tarixində sinemalarda izləyicilərə təqdim ediləcək.

Qeyd edək ki, ABŞ-dakı erməni lobbisinin təzyiqləri nəticəsində “Disney Plus” şirkəti onların yayım strategiyalarına uyğun olmadığı iddiası ilə “Atatürk” serialının platformada paylaşılmayacağını bildirib. Şirkətin bu qərarı Türkiyədə ciddi tənqidlərə məruz qalmış, çox sayda insan plaformaya abunəliyini ləğv etdirib. Hətta məsələ ilə bağlı hökumət səviyyəsində tədbirlərin görüləcəyi açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az