Şəmkirdə baş verən faciəli hadisənin təfərrüatı məlum olub.
Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 19-u saat 23 radələrində baş verib.
1991-ci il təvəllüdlü Əlixan İsə oğlu Qasımov 13 yaşlı oğlu İsə ilə birgə yaşadığı Abbaslı kəndindəki evin həyətində “VAZ-21011” markalı 20 DK 315 N-li avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıqdan avtomobil İsənin üzərinə düşüb.
Nəticədə oğlan atasıın yanında canını tapşırıb.
***09:49
Şəmkirdə dəhşətli hadisə baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 13 yaşlı İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobili təmir edərkən ölüb.
Belə ki, İ.Qasımov maşının ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb. Bu zaman onun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.














