Su quyusuna düşən ata və qızından acı xəbər – VİDEO

Su quyusuna düşən ata və qızından acı xəbər - VİDEO

Cəlilabadın Moranlı kəndində ailə faciəsi baş verib.

Ata və qızı 15 metrlik su quyusuna düşərək boğulublar.

Belə ki, 43 yaşlı Həsənağa Məmmədov qızı, 20 yaşlı Nəsibə Məmmədovanı xilas etmək istəyərkən özü də quyuya düşüb.

“Həsənağanın qohumu bizim yanımızda idi. Zəng gəldi, çıxıb getdi. Ondan sonra bizə xəbər gəldi ki, Nəsibə quyuya düşüb”, – deyə mərhumun qohumu bildirib.

Ətraflı Baku TV-nin süjetində:

***16:03

Cəlilabadın Moranlı kəndində atası ilə su quyusuna düşən qızın da meyiti tapılıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, xilasedicilər tərəfindən su quyusundan 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyiti aşkar olunub.

Qeyd edək ki, ondan əvvəl isə qızın atası 1981-ci il təvəllüdlü Həsənağa Məmmədovun meyiti tapılmışdı.

Hər iki meyit müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***15:06

Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.