Aşıq Əhlimanla bağlı konsert olacaq – Biletlərin qiyməti

6 aprel saat 19:00-da Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimovun yaradıcılığına həsr olunmuş  “Yenə gəldi yaz ayları” adlı konsert proqramı keçiriləcək.

Globalinfo.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müəllim və tələbə heyəti də çıxış edəcəklər.

Biletləri İticket.az saytından əldə etmək mümkündür. Qiyməti 10 manatdan başlayır.