Arzu Nağıyev Gürcüstandan açıqlama verdi: “Son sözü o deyəcək”

arzu nagiyev esas

“Bu gün Gürcüstanda proporsional sistem üzrə parlament seçkiləri keçirilir. 150 deputatın seçilməsi gözlənilir”.

Bu sözləri Globalinfo.az-a parlament seçkilərini müşahidə etmək məqsədi ilə hazırda Gürcüstanda olan Milli Məclisin Komitə sədri, deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə seçkidə həm iqtidardakı “Gürcü arzusu” və digər müxalif partiyalar mübarizə aparır:

“Partiyalar beş faizlik baryeri keçərək deputat mandatı uğrunda mübarizə aparır. Gürcüstanın gələcəyini gürcü xalqı özü müəyyən edəcək.
Azərbaycan Milli Məclisin səkkiz deputatı hazırda müşahidəçi qismində seçkiləri izləyir. Biz bu gün Rustavidə 10 seçki dairəsində olduq və seçkilərin keçirilməsini müşahidə etdik. Aktivlik var.

Rustavidə seçicilərin 3/1 hissəsi səs verib. Heç bir insident, qarşıdurma baş verməyib. Sakit bir tərzdə səsvermə davam edir.

Müşahidəçi kimi biz eyni zamanda Tbilisidə məntəqələrdə müşahidə aparacağıq. Müşahidə ediləcək məntəqələr ilə bağlı məlumatımız olacaq. Onu da deyim ki, seçkilərdə həddən artıq çox müşahidəçi var. Son sözü gürcü xalqı deyəcək”.

Turan Rzayev
Globalinfo.az