Arutyunyan “vəzifədə” qalmaq üçün yeni yola əl atdı

Arutyunyan “vəzifədə” qalmaq üçün yeni yola əl atdı

Xankəndidə mitinqlərin keçirilməsi rəsmən qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “qərarı” Xankəndidəki saxta rejimin oyuncaq rəhbəri Araik Arutyunyan açıqlayıb.

O, separatçılar daxilində müxtəlif qüvvələrin dağıdıcı fəaliyyətlə məşğul olduğunu bildirib. Arutyunyan bundan sonrakı dönəmdə Qarabağda növbədənkənar “seçkilərlə” bağlı bütün diskusiyyaları, o cümlədən bir müddət əvvəl özünün istefaya göndərilməsi ilə bağlı irəli sürülən “etimad referendumunun” keçirilməsini qadağan etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Xankəndidə Samvel Babayanın mitinqi zamanı qondarma rejimin “spikeri” Artur Tovmasyan Arutyunyanı “istefaya” çağırmış və təcili “referendum” keçirilməsini tələb etmişdi.

İlkin Həsənov
Globalinfo.az