Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa Prezidenti Emmanuel Makronun kontinental Avropa və Türkiyə məsələləri üzrə müşaviri Bertran Buşvalterlə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri müzakirə ediblər və bu çərçivədə TRIPP-in əhəmiyyətini vurğulayıblar.
Tərəflər strateji Ermənistan-Fransa əməkdaşlığının gündəliyini də müzakirə edib və qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirib, iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər.














