Rəsmi İrəvandan Arazdəyənlə bağlı QƏRAR

Rəsmi İrəvandan Arazdəyənlə bağlı QƏRAR

ABŞ-ın 70 milyon dollar sərmayə ayırdığı, Arazdəyəndə inşa olunan “Amerikan-Erməni” metallurgiya zavodunun yeri dəyişdiriləcək. 

Globalinfo.az xəbər verir ki, Ermənistan hökumətinin bu gün keçirilən iclasında məsələ ilə bağlı qərar qəbul edilib.

Zavodun Ermənistanın Ararat vilayətinin Ararat kəndinə köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək idi. Bu zavodun tikintisi və fəaliyyəti zamanı tullantıların Araz çayına axıdılması Cənubi Qafqaz regionunun ekosistemi üçün təhlükəli hesab edilir.

Əliyar Xəlil
Globalinfo.az