
Aralıq dənizinin şərqində 4,1 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, ocağı 6,97 km dərinlikdə yerləşən zəlzələnin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.
Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.














