Paşinyan Araikə Bakı ilə bağlı tapşırıq verdi

Paşinyan Araikə Bakı ilə bağlı tapşırıq verdi

Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan çətin vəziyyətə düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Araikə Nikol Paşinyan tərəfindən təzyiqlər artıb. Belə ki, Paşinyan ona Azərbaycanla danışıqlara başlamağı tapşırıb. Separatçılar isə bu fikrə qarşı çıxırlar. Onlar danışıqların birbaşa olmasını qəbuledilməz sayırlar.

“Araik Arutyunyan Paşinyanın ona qarşı kampaniyaya başlaya biləcəyindən qorxur. O bu kampaniyanın xüsusilə 44 günlük müharibə ilə bağlı ola biləcəyindən ehtiyat edir”, – “Past” bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az