Araik gizlicə İrəvana getdi – Bu gün Xankəndidən mühüm xəbərlər gələ bilər

Xankəndidəki separatçı saxta rejimin rəhbəri Araik Arutyunyanın bir müddət əvvəl İrəvana getdiyi üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, Arutyunyan İrəvanı Qurgen Nersisyanla birgə ziyarət edib. Tərəflər orada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüblər və ondan Nersisyanın Vardanyanın “yerinə” “təyinat” alması üçün “xeyir-dua” alıblar.

Qəzet həmçinin Vardanyanın bu gün vəzifəsini tərk edəcəyini yazıb.

Qeyd edək ki, bu gün Araik Arutyunyanın ermənilərə müraciəti olacaq. Müraciət zamanı onun Vardanyanı “istefaya” göndərəcəyi gözlənilir.

Vardanyanın Qarabağ erməniləri ilə təmaslarını kəsməsi Bakının tələbidir.

İlkin Həsənov
Globalinfo.az