“Rusiya ordusu çox güman ki, iyulun 13-dən 14-nə keçən gecə Ukraynadakı hərbi obyektlərə genişmiqyaslı dron zərbələri endirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Son iki ayda ilk dəfədir ki, iyulun 12-dən 13-nə keçən gecə Ukrayna hədəflərinə PUA-dan zərbə endirilib. Bu o deməkdir ki, növbəti gün pilotsuz təyyarələrin hücumu daha genişmiqyaslı olacaq”, – o bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan etmişdi ki, hərbçilər iyulun 5-dən iyulun 11-dək Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə 6 irimiqyaslı zərbə endiriblər.
Məlumata görə, döyüş tapşırıqları çərçivəsində Rusiya Silahlı Qüvvələrinin bölmələri yüksək dəqiqlikli silahların qabaqcıl modellərindən istifadə olunub.
Əliyar Xəlil
Globalinfo.az














