
Ankarada Maşınqayırma və Kimya Sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodda səhər saatlarında partlayış baş verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Partlayış zavodun istehsalat bölümündə olub.
İlkin məlumata görə, hadisə zamanı zavodun 5 işçisi həlak olub.
Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib.













