“Rusiya və Ukraynanın İstanbul danışıqlarına göndərdiyi nümayəndə heyətləri səlahiyyətli və təmsilçilik baxımından yetərlidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra Haaqada media nümayəndələri ilə söhbətində danışıb.
“İstanbula nümayəndə səlahiyyətlərinə malik şəxslər göndərildi. Rusiya və Ukrayna arasında danışıqlar həmin səlahiyyətli şəxslər tərəfindən uğurla aparıldı. Xarici işlər naziri Hakan Fidan da onlarla təmasda oldu. Nəticə olduqca yaxşı və uğurlu idi”, – o bildirib.
Aysel Əliyeva
Globalinfo.az














