Dünyanın danışdığı türk anası ilə şəkil paylaşdı, təhqir olundu – FOTO

Dünyanın danışdığı türk anası ilə şəkil paylaşdı, təhqir olundu - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç paylaşımına görə təhqirlərə məruz qalıb.

Globalinfo.az xəbər verir ki, atıcı “X” hesabında anası ilə olan şəklini “mənim ən dəyərlim” başlığı ilə paylaşıb.

Lakin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Atıcı anasının hicabda olmasına görə tənqid edilib. Paylaşıma “bunu sil”, “bizi ərəb zənn edəcəklər”, “kaş ananızı paylaşmazdınız”, “yenə biyabr” olduq tərzində rəylər yazılıb.

Qeyd edək ki,  51 yaşlı Yusuf Dikeç Paris-2024-də əli cibində, heç bir xüsusi avadanlıq olmadan atış həyata keçirməklə bütün dünyada gündəm olmuşdu.

Dünyanın danışdığı türk anası ilə şəkil paylaşdı, təhqir olundu - FOTO