
Amerikalı jurnalist Taker Karlson Rusiya Prezidenti Vladimir Putinə hörmət etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə həmkarı Klayton Morris ilə söhbəti zamanı danışıb.
“Putində ən çox hörmət etdiyim və qiymətləndirdiyim şey odur ki, o, Rusiyanı birləşdirir”, – deyə jurnalist deyib.
Bundan əlavə, Karlson Rusiya Federasiyasının hərbi potensialına diqqət çəkib və Moskvanın dünyanın istənilən ölkəsindən daha çox nüvə silahına malik olduğunu qeyd edib.
Qeyd edək ki, Taker Karlson 2024-cü ilin fevralında Putindən müsahibə alıb.
Günay Rəsulqızı
Globalinfo.az