ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınlarla bağlı müxtəlif iddialar səsləndirilir. Belə ki, bunu Qəzzada yaşanan qətliam fonunda “ilahi ədalət” adlandıranlar, həmçinin yanğınların planlı şəkildə törədildiyini bildirənlər var.
İddialardan biri isə Hollivud məşhurlarının əksəriyyətinin evinin yerləşdiyi Los Anceles şəhərinin qəsddən hədəfə alınmasıdır. Hollivud ulduzlarından bir neçəsi bu yanğınlar vasitəsilə məşhurlarla bağlı qaranlıq faktların ört-basdır edilməsinə çalışıldığını deyir. Əslində Amerikada nə baş verir?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza ilk olaraq bu suala bir mütəxəssis kimi yox, müsəlman kimi cavab vermək istədiyini qeyd edib.
O, hadisənin kim tərəfindən törədilməsinin çox da önəmli olmadığını bildirib:

Rəşad Rza
“Burada əsas olan nəticədir. Nəticəyə də baxdıqda, bu məsələdə ancaq ilahi ədalətin öz yerini tapmasını görürük. Sual yarana bilər ki, axı orada günahsız vətəndaşlar da zərər çəkib. İlahi ədalətdə belə bir şey var: əgər bir toplum müəyyən həddi aşarsa, o yer darmadağın olar. Təbii ki, Allah istədiyi bəndələri oradan uzaqlaşdırar və həmin yeri darmadağın edər. Onu müasir dövrdə məsələn, Rusiya-Ukrayna müharibəsində də görürük. Amerika həqiqətən də o günahlarla, onun hadisələri ilə çox pik nöqtəyə çatıb. Ona görə artıq ABŞ dağılma nöqtəsindədir”.
Rəşad Rza məsələyə mütəxəssis kimi yanaşdıqda isə Amerika modelinin sona çatması proqnozunu verib:
“Çünki dünya güclərinin yeni ölkə olaraq Çini inkişaf etdirməsi artıq Amerikanın gözdən çıxarılması deməkdir. Onsuz da ABŞ dünya güclərinin əlində bir vasitə idi. O da sona çatıb. Dediyim kimi, artıq Çinin üzərində çalışılır, Çin yeni model olaraq üzə çıxarılır. Ona görə də bu hələ başlanğıcdır, belə hadisələri Amerikada hələ çox görəcəyik”.
Zaira Akifqızı
Globalinfo.az














