Ağıl və Ədalət Birliyinin (BSW) rəhbəri Sara Vaqenknext Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri “siyasi axmaqlıqda” ittiham edib.
Globalinfo.az xəbər verir ki, onun fikirləri “Welt” qəzeti tərəfindən dərc edilib.
O, prezidentin sağçı Almaniya Alternativi (AfD) partiyasının ölkədə demokratiyaya təhlükə yaratdığı barədə açıqlamalarına münasibət bildirib. Vaqenknextin sözlərinə görə, bu cür tənqidlər yalnız AfD-yə dəstəyin artmasına gətirib çıxarır.
“Bu, hakimiyyətdən sui-istifadə deyil, sadəcə siyasi axmaqlıqdır. Bu qədər açıq danışmalı olduğum üçün üzr istəyirəm”, – deyə o, bildirib. Siyasətçi AfD-ni qovmaq üçün “taktiki manevrlərə” qarşı olduğunu vurğulayıb.
Vaqenknext əvvəllər Ağıl və Ədalət Birliyi rəhbərliyindən istefa verib və partiyasının prezidentliyinə namizədliyini irəli sürməyib.
Əliyar Xəlil














