Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, Prezident Mixail Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək.
Bersenin Gürcüstanın işğalda olan ərazilərinə yaxın kəndlərə gedəcəyi bildirilib.













