Aleksandr Rıbak Bakıdadır – VİDEO

“Avroviziya -2009” mahnı müsabiqəsinin qalibi, dünyaca məşhur müğənni Aleksandr Rıbak Bakıya gəlib. 

Globalinfo.az xəbər verir ki, müğənni bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

A.Rıbak fevralın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycanın 2012-ci il “Avroviziya” təmsilçisi, tanınmış müğənni Səbinə Babayeva ilə birlikdə konsertinin baş tutacağını açıqlayıb.

Qeyd edək ki, Aleksandr Rıbak 2009-cu ildə müsabiqədə “Fairytale” ifası ilə Norveçə qələbə qazandırıb. Müğənni həmçinin “Europe’s Skies”, “Roll With the Wind” və s. kimi mahnıları ilə tanınır.

Əliyar Xəlil
Globalinfo.az