“Müharibə öncəsi son həmlə: Zəngəzur dəhlizinin ərazisi…” – Akopyandan ŞOK

“Müharibə öncəsi son həmlə: Zəngəzur dəhlizinin ərazisi…” - Akopyandan ŞOK

“Avropa İttifaqına üzvlük prosesi Ermənistanın təhlükəsizliyinə kömək etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan deyib.

“Əgər bu hakimiyyət Avropa yoluna qədəm qoymağa müdafiə və ya təhlükəsizlik mexanizmi kimi baxırsa, deməli, onlar dünyada baş verənləri, müxtəlif geosiyasi mərkəzlər arasındakı güc balansını, hansı transformasiyaların baş verdiyini anlamırlar. Onlar yalnız imitasiya ilə məşğul olurlar. Məncə, Rusiya-Ukrayna müharibəsində ən çox zərər çəkən tərəf məhz birləşmiş Avropadır. Azərbaycanla hazırkı vəziyyət fonunda İrəvan Aİ-yə gedən yoldan danışırsa, deməli, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir. Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var”, – Akopyan bildirib.

Siyasi strateq hesab edir ki,  Aİ-yə üzvlük prosesi heç bir şəkildə Ermənistanın təhlükəsizliyinə kömək etməyəcək.

“Bu, sadəcə olaraq gündəmi doldurmaq üçün aparılan təbliğat hiyləsidir. Ermənistan-Rusiya münasibətlərində şou və qarşılıqlı maraqlar var”, – deyə Akopyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az