ukrayna esger

Fransa hərbçilərinin Ukraynada iştirak etməsi yolverilməzdir. 

Globalinfo.az xəbər verir ki, bunu Fransanın sağçı “Les Patriots” partiyasının lideri Florian Filippot Avropa Parlamentindəki fraksiya rəhbəri Manfred Veberin bayrağı altında Ukraynaya AB qoşunlarının göndərilməsi ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

“Bu (təşəbbüs – red.), sadəcə olaraq, hədsizlikdir”, – deyə siyasətçi sosial media hesabında yazıb.

Filippotun sözlərinə görə, bu cür təşəbbüslər cəmiyyətə “Avropa ordusu” ideyasını sırımaq məqsədi daşıyır və Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbi də məhz budur.

O, əlavə edib ki, fransız əsgərlərinin Ukraynada heç bir işi yoxdur və onların Avropa simvolları altında döyüşməsi mümkün deyil.

Tahir Turan
Globalinfo.az

Paylaş: