Gürcüstan 121 milyon itirdi, qərar verməlidir – Herçinski

Gürcüstan 121 milyon itirdi, qərar verməlidir - Herçinski

“Gürcüstan Avropa İttifaqının (Aİ) ayırdığı ümumilikdə 121 milyonluq yardımı itirdi, bu, sadəcə cari yardım proqramlarına aiddir”.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

Aİ rəsmisi Tbilisinin ittifaqa üzvlük prosesində birdəfəlik geri çəkiləcəyi halda bütün yardımları itirəcəyini bildirib:

“Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və məlumatlar ötən həftə dərc olunub. Əgər gürcülər səsvermə nəticəsində Aİ-yə üzvlük prosesindən tamamilə imtina etsələr, bu ölkəyə ayırılan maliyyəni, həmçinin iqtisadi inkişafa malik ölkələrin qəbul etdiyi bütün yardımları itirəcəklər. Gürcüstanın gələcəyinin necə olmasına xalq qərar verəcək”.