Aİ-dən Ermənistan-Azərbaycan sərhədi haqda qərar

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa Birliyinin yüksəkvəzifəli nümayəndəsinə istinadən yayıb.

Qeyd olunub ki, qərar Aİ XİN rəhbərlərinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, missiyanın məqsədi “Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, yerlərdə inam yaratmaq və Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir”.

Turan Rzayev
Globalinfo.az