7 oktyabr hücumuna görə istefa verdi

İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

General-mayor istefa ərizəsini Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.

Məlumata görə, A.Haliva 2023-cü il 7 oktyabrda HƏMAS-ın İsrailə hücumunun qarşısının alınmamasına görə məsuliyyəti öz üzərinə götürüb və istefa verib.

Ayşən Mustafa
Globalinfo.az