Ağstafada yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı

Ağstafada yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi TIR tipli yük avtomobili aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.