Ağdam-Xankəndi yoluna işıq çəkildi – FOTOLAR

Ağdam-Xankəndi yoluna işıq çəkildi - FOTOLAR

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.

 

Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir.

***13:40

Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.

İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Ağdam-Xankəndi yoluna işıq çəkildi - FOTOLAR Ağdam-Xankəndi yoluna işıq çəkildi - FOTOLAR Ağdam-Xankəndi yoluna işıq çəkildi - FOTOLAR