Ağ Evdən Tramp-Putin görüşü barədə açıqlama

Ağ Evdən Tramp-Putin görüşü barədə açıqlama

Vladimir Putinlə Donald Tramp arasında görüş hələ ki planlaşdırılmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat yayıb.

Onun sözlərinə görə, hər iki ölkənin nümayəndə heyəti Ukrayna münaqişəsi ilə bağlı müzakirələr aparır.

“Hələ heç nə planlaşdırılmayıb. Bu məsələ ilə bağlı yeni məlumat olduğu təqdirdə prezident açıqlama verəcək. Mən bilirəm ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mark Uolts, bütün nümayəndə heyəti, bir sözlə, prezidentin Ukrayna münaqişəsi ilə bağlı tapşırıq verdiyi hər kəs Rusiya və Ukrayna tərəfi ilə sıx əlaqə saxlamağa davam edir. Müharibənin dayandırılmasına nail olmaq üçün hər iki tərəflə danışıq aparmaq lazımdır”, – Livitt bildirib.

Aysel Əliyeva
Globalinfo.az