tramp

ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı üçün 30 milyard dollar təklif etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ağ Evdə Tehrana dinc nüvə proqramını inkişaf etdirmək üçün 30 milyard dollar sərmayə ayırmaq, habelə sanksiyaları ləğv etmək və uranın zənginləşdirilməsindən imtina müqabilində İran fondlarının dondurulmuş aktivlərinə çıxış imkanları müzakirə edilir.

ABŞ və Yaxın Şərq ölkələri son iki həftə ərzində, hətta zərbələr fonunda da iranlılarla pərdəarxası danışıqlar aparır. Mənbələr bildiriblər ki, müzakirələr bu həftə atəşkəs razılaşdırıldıqdan sonra davam edib. Tramp administrasiyasının rəsmiləri deyirlər ki, bir neçə təklif irəli sürülüb, lakin bir şərt sabit qalır: İranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsi”.

Məlumata görə, sözügedən sərmayələri birbaşa ABŞ deyil, Vaşinqtonun ərəb tərəfdaşları təmin edəcək:

“ABŞ İranla danışıqlara rəhbərlik etməyə hazırdır. Kimsə nüvə proqramı üçün pul ödəməli olacaq, lakin biz bu öhdəliyi öz üzərimizə götürməyəcəyik”.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın üç əsas nüvə obyektinə – Fordo, Natanz və İsfahana hava zərbələri endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: