Aeroporta qayıdan təyyarə Naxçıvana yola düşdü – YENİLƏNDİ

Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə Globalinfo.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalmışdı.

***

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Globalinfo.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.